Mobil versiya
Ölkəmizdə 5007 əcnəbi tələbə təhsil alır - RƏSMİ
Tarix: 28-04-2017 | Saat: 12:17
Bölmə:Təhsil / Manşet | çapa göndər

Ölkəmizdə 5007 əcnəbi tələbə təhsil alır - RƏSMİ



Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 1470 təqüdçü məzun olub. Məzunların 95 faizi öz ixtisas istiqamətində, 5 faizi başqa sahədə fəaliyyətini davam etdirir. AzVision.az-ın xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2016-ci ilə dair illik hesabatəında qeyd olunub.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində məzunların 60 faizi əsasən özəl sektorda, 40 faizi dövlət sektorunda çalışır. Dövlət Proqramı çərçivəsində məzun olmuş tələbələrin dövlət qulluğuna sadələşdirilmiş qaydada qəbul olunması ilə bağlı ehtiyat kadr siyahısına daxil edilmək üçün cari ildə 80-ə yaxın məzun nazirliyə müraciət edib və müvafiq məzun olma anlayışları ilə təmin olunublar. Hal-hazırda Təhsil Nazirliyində çalışan Dövlət Proqramı məzunlarının sayı 22 nəfərdir.

2016/2017-ci tədris ili üzrə hazırda ölkəmizdə 5007 nəfər əcnəbi tələbə təhsil alır. Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında ilk üçlüyü Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universiteti tutur.

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin əksəriyyəti Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Türkmənistan və Çindən olanlardır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024