Mobil versiya
22 min vergi ödəyicisi fəaliyyətini bərpa edib
Tarix: 26-04-2017 | Saat: 15:04
Bölmə:İqtisadiyyat | çapa göndər

22 min vergi ödəyicisi fəaliyyətini bərpa edib



Bu ilin I rübündə təmsil etdiyi xidmət mərkəzlərində qəbul edilmiş vergi ödəyicilərinin sayı 171 785 nəfər, göstərilmiş xidmətlərin sayı isə 279 571 olub.

AzVision.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktorunun müavini Elçin Məmmədov bildirib. Onun sözlərinə görə, müraciət etmiş şəxslərin 73,2%-i məhz regionlarda yerləşən xidmət mərkəzlərinə üz tutub: “Xidmət mərkəzlərində Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi adından vergi ödəyicilərinə “ASAN imza” üzrə sertifikat xidmətləri göstərilir. Aprelin 1-nə qədər 270 758 “ASAN imza” sertifikatı verilib”.

Onun sözlərinə görə, 3 ay ərzində 22 865 vergi ödəyicisi fəaliyyətini bərpa edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,4% çoxdur: “Eyni dövrdə 8 071 və yaxud ötən ilin müvafiq dövrünə nisbətən 3 dəfə çox təsərrüfat subyekti fəaliyyətini bərpa edib. Fəaliyyətini dayandırmış təsərrüfat subyektlərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9% azalıb”.

Nazirlik rəsmisi qeyd edib ki, Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı xidmət mərkəzlərinə müraciət etdikdə sabit vergi üzrə qəbz yerindəcə hazırlanır və möhürlənərək vergi ödəyicilərinə təqdim edilir. Bu qəbildən olan vergi ödəyiciləri ilə aparılmış məlumatlandırma işləri nəticəsində aprelin 1-nə qəbz almış vergi ödəyicilərinin sayı 953-ə çatıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə