Mobil versiya
Deputatlar qanun layihəsinə etiraz etdilər
Tarix: 24-04-2017 | Saat: 15:52
Bölmə:Siyasət | çapa göndər

Deputatlar qanun layihəsinə etiraz etdilər



"Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

AzVision.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqi təminat idarəsinin rəisi Nurlan Babayev bildirib ki, daşınar əmlak maliyyə resurslarına çıxışı artıran istiqamətdir.

"Daşınar əmlakın özü kapital dəyərə malikdir. Bunlar indiyədək kapital dəyərinə malik deyildi. Bu sistemi gətirməklə kiçik və orta sahibkarlığa dəstək vermək niyyətindəyik. Yeni sistem kənd yerlərində kiçik həcmli kreditlərin verilməsinə şərait yaradacaq. Qanun layihəsində konsepsiya ondan ibarətdir ki, 24 saat fəaliyyət göstərən portal yaradılır. Reystr elektron informasiya sistemi formasında təşkil olunur. Portal bildirişlərin daxil edilməsi və bildirşlər üzrə axtarış aparılması üçün fasiləsiz fəaliyyət göstərəcək”.

Palata rəsmisi qeyd edib ki, banklar daşınar əmlakın yüklülüyünün qəbulunda maraqlı deyil. Onun sözlərinə görə, bu qanunun qəbulu ilə kənd yerlərində maliyyə resurslarına çıxış imkanları artacaq.

Deputat Vahid Əhmədov bildirib ki, qanun layihəsində əsas məqsəd bank sistemini aktivləşdirmək, kreditləşməni artırmaqdır.

Millət vəkilinin sözlərinə görə, bizim mühitə uyğun olaraq ev əşyalarını girov qoyub kredit götürmək o qədər də qəbul olunmur: “Bu bizim mentalitetə uyğun deyil. Bunu izah etmək lazımdır ki, bu, insanların xeyrinədir. Mən sizə açıq şəkildə deyim ki, burada əsas məqsəd bank sektorunun sağlamlaşdırmaq və aktivləşdirməkdir”.

V.Əhmədovun sözlərinə görə, qanun layihəsində mübahisə doğuran məsələ vergi ilə əlaqədardır: “Dövlət büdcəsinin təxminən 60 faizindən çoxunu Vergilər Nazirliyi ödəyir. Bu ildən asılı olaraq 70, 80 faiz dəyişir. Təklif edirəm ki, 4.2.1 və 4.2.2-ci maddələr çıxarılsın. Çünki bu maddələr olsa çoxlu vergi borcları yaranacaq. Dövlət büdcəsində ciddi problem yaranacaq. Bu məsələ həllini tapmalıdır. Yoxsa qanun səsə qoyulsa, mən səs verməyəcəm”.

Millət vəkili Əli Məsimli çıxışı zamanı bildirib ki, "Daşınar əmlakın yüklülüyü haqqında" qanun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mövcuddur. Onun sözlərinə görə, Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcələrinin yüksək olması insanların vəziyyətini ağırlaşdırıb:

“Problemli kreditlərin sayı kifayət qədərdir. Bu baxımdan sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar. Bu gün banklar valyutadəyişmə məntəqəsinə çevrilib. İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq. Bu da çox ağır nəticələrə gətirib çıxaracaq. Buna görə də aidiyyatı qurumlar bu məsələni nəzərə almalıdır. Bu baxımdan məsələyə yanaşdıqda onun konsepsiyası kifayət qədər aydın olsa da, mətn anlaşıqlı deyil. Bu baxımdan qanun layihəsinin üzərində işlənməlidir”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024