Mobil versiya
3 ayda 159 azərbaycanlı Türkiyədə ev alıb
Tarix: 24-04-2017 | Saat: 15:26
Bölmə:Media / Aia TV | çapa göndər

3 ayda 159 azərbaycanlı Türkiyədə ev alıb



2017-ci ilin mart ayında 50 Azərbaycan vətəndaşı Türkiyədən ev alıb. AzVision.az Türkiyənin Statistika Komitəsinə istinadən xəbər verir ki, qardaş ölkədə ev alan azərbaycanlıların sayı ötən dövrlə müqayisədə azalıb.

Məlumata görə, ötən ilin müvafiq dövründə 60 azərbaycanlı Türkiyədə daşınmaz əmlak alıb. 2017-ci ilin yanvarından mart ayında qədər bu rəqəm 159 olub. Keçən ilin müvafiq dövründə isə Türkiyədən 168 soydaşımız mənzil alıb.

Ümumilikdə, Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan və İran vətəndaşları liderdir.

Qurumun yaydığı məlumata görə, Türkiyədə əcnəbilərə satılan evlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz azalıb.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024