Mobil versiya
Tarkan Bakıda 2 saata 500 min dollar qazanacaq? - Açıqlama
Tarix: 24-04-2017 | Saat: 11:42
Bölmə:Dünya / Karusel | çapa göndər

Tarkan Bakıda 2 saata 500 min dollar qazanacaq? - Açıqlama



Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə səhnəyə çıxacaq məşhur türkiyəli müğənni Tarkanın nə qədər qonorar alacağı bəlli olub.
Türkiyə mətbuatında yer alan məlumatlara görə, meqastar 2 saatlıq konsert proqamı üçün 500 min dollar alacaq.

Qeyd edək ki, "Formula 1” 1 Grand-Pri yarışları çərçivəsində ilk günün ulduzu Tarkan olacaq. Digər iki ulduzun adı isə hələ açıqlanmayıb.

Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, müqavilənin şərtləri konfedensialdır və bu barədə açıqlama verilmir.

"Tarkan tərəfinin də öhdəlikləri var ki, qonorarın məbləği açıqlanmasın. Ola bilsin ki, bu hansısa saytın istinadsız xəbəridir və inanmağa ehtiyac yoxdur. Bizim tərəfimizdən heç bir şərh olmayacaq”.(azvision.az)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə