Mobil versiya
“Azersun Holding” və “Dəmirbank” işçi axtarır
Tarix: 23-04-2017 | Saat: 20:01
Bölmə:Karusel | çapa göndər

“Azersun Holding” və “Dəmirbank” işçi axtarır







“Azersun Holding” müştəri xidmətləri üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Fins.az-ın məlumatına görə, 20-30 yaşlarında, müvafiq sahədə ən az 1 illik iş təcrübəsiyə sahib xanım namizədlər işlə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi may ayının 21-dir.

Tələblər:

• 20-30 yaş aralığında xanım olmalı;
• İngilis dili - əla, Rus dilini - yaxşı səviyyədə bilməli;
• Ünsiyyət qurma bacarığı, səlis danışıq qabiliyyəti olmalı;
• Müvafiq sahədə ən az 1 illik iş təcrübəsinə sahib olmalıdır.
İş haqqında məlumat:
• Müştərilərin müraciət və şikayətlərini dinləyərək müəyyən qeydiyyatların aparılması;
• Müştərilərin və istehlakçıların xidmət və məhsullar haqqında məlumatlandırılması;
• Ölkədaxili və xarici müştərilərlə əlaqələrin yaradılması, danışıqların aparılması.

İş şərtləri:

Həftə içi 6 gün, saat 09.00-18.00 (İstirahət günü həhtə ərzində veriləcəkdir)
Çalışma Yeri: Xəyal Adası Binə qəs.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd olunmalıdır) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

***

“Dəmirbank” problemli kreditlər üzrə mütəxəssis(İmişli) vəzifəsinə işçi axtarır. Problemli kreditlərdə və digər oxşar sahələrdə ən azı 1 il iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 27-dir.

İşin təsviri:

• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslər ilə telefon və birbaşa əlaqələr yaradıb danışıqlar aparmaq;

• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanlarda, iş yerlərində qeyd olunan şəxslərlə görüşlərin təşkili, onlara borca dair bildirişlərin və xəbərdarlıq məktublarının çatdırılmasını təmin etmək;
• Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirmək;
• Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işini aparmaq;
• Müştəri tərəfindən edilən ödənişlərə şəxsən nəzarət etmək;
• Borcların bərpasına dair hesabatları hazırlamaq.

Namizədə qarşı tələblər:

• Ali təhsili olanlara üstünlük verilir;
• Xüsusi tələblər: stressə davamlı olmaq, inandırmaq qabiliyyətinə malik olmaq, insan psixologiyasına bələd olmaq, detallara qarşı diqqətli olmaq, analitik düşüncə tərzinə sahib olmaq, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığına malik olmaq;
• Problemli kreditlərdə və digər oxşar sahələrdə ən azı 1 il iş təcrübəsinə sahib olmaq;
• Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanına sahib olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İmişli filialına Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə göstərməyiniz xahiş olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024