Mobil versiya
“Meydan” TV-nin əməkdaşı polisə aparıldı
Tarix: 12-10-2015 | Saat: 17:01
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

“Meydan” TV-nin əməkdaşı polisə aparıldı
Bu gün saat 15 radələrində şəxsiyyət vəsiqəsini almaq üçün Sumqayıt şəhərindəki ASAN Xidmətə gedən jurnalist Aytən Fərhadova (Ələkbərova) saxlanılıb

Bu barədə virtualaz.org saytına “Meydan” TV-nin əməkdaşı Sevinc Vaqifqızı məlumat verib.

Onun sözlərinə görə, A.Fərhadova Sumqayıt Şəhər Polis İdarəsi 3-cü polis bölməsinə aparılıb: “Şəxsiyyət vəsiqəsini almaq üçün ASAN Xidmətə gedib. Adının qarşısında “saxlanmalı” yazıldığı üçün ASAN Xidmət də onu polisə təhvil verib”.

Jurnalistin hansı səbəbdən saxlanması barədə ona hər hansı məlumat verilməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024