Mobil versiya
Avstriyanın keçmiş prezidenti İlham Əliyevin qəbulunda
Tarix: 22-04-2017 | Saat: 12:21
Bölmə:Siyasət / Manşet | çapa göndər

Avstriyanın keçmiş prezidenti İlham Əliyevin qəbulunda




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Avstriya Respublikasının keçmiş Prezidenti Haynts Fişeri qəbul edib.

AİA.az xəbər verir ki, Prezident İlham Əliyev Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırladılar. Dövlətimizin başçısı İlham Əliyev və keçmiş Prezident Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd etdi.

Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulandı, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu.

Görüşdə, həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edildi.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024