Mobil versiya
Xanım deputatla komitə sədri arasında mübahisə - "Oxumağı da yaxşı bilirəm"
Tarix: 21-04-2017 | Saat: 16:17
Bölmə:Siyasət / Karusel | çapa göndər

Xanım deputatla komitə sədri arasında mübahisə - "Oxumağı da yaxşı bilirəm"



Azərbaycan Milli Məclisinin Reqional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputatlar arasında mübahisə düşüb.

AİA.Az report-a istinadən xəbər verir ki, iclasda "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanunun layihəsinin müzakirəsi zamanı Fəzail İbrahimli deyib ki, bu qanun layihəsi ətrafında suallar bilgisizlikdən ortaya çıxır: "Bu qanun layihəsi normal şəkildə hazırlanıb. Əgər oxusanız, görərsiniz ki, sualların cavabı burada əksini tapıb. Cəza tədbirlərinin görülməsi ilə bağlı suallar daha çox verilir. Qanun layihəsində bu da əks etdirlib. Bələdiyyə üzvləri davranışlarında diqqətli olmalıdırlar".

F.İbrahimlinin bu mövqeyi deputat Qənirə Paşayevanın etirazına səbəb olub. Qanun layihəsini tam oxuduğunu deyən deputat bəzi məqamlarla razılaşmadığını qeyd edib: "Qanun layihəsinin 17.2-ci maddəsindəki qeyd edilir ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu necə ola bilər. Hansısa bələdiyyə üzvü xəta törədibsə, burada nüfuz və peşəkarlıq nə rol oynaya bilər ki? Bu məqamla razı deyiləm. Qanun layihəsini də oxumuşam, qaranlıq məqamlarla bağlı da suallar vermişəm. Oxumağı da yaxşı bilirəm".

F.İbrahimli isə deyib ki, qanun layihəsində o maddənin olmasını diqqətini çəkməyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024