Mobil versiya
Vəfa: "Heç nədən xəbərim yoxdur"
Tarix: 21-04-2017 | Saat: 11:33
Bölmə:Dünya / Karusel | çapa göndər

Vəfa: "Heç nədən xəbərim yoxdur"


Əməkdar artist Vəfa Zeynalova a24.az-ın "Cavabım var" layihəsində qonaq olub.

Vəfa xanım ondan soruşulan 10 sualın heç birinə cavab verə bilməyib. Hətta 25 ildən artıqdır məşğul olduğu kino və teatr sahəsinə aid diletantın belə dil-dil ötəcəyi mövzularda gülünc vəziyyətə düşüb.

AİA.Az bildirir ki, teleqraf.com-a açıqlamasında aktrisa videodan xəbərsiz olduğunu deyib:

"Heç bir sayta açıqlama verməmişəm. Heç nədən xəbərim yoxdur. Sadəcə, ATV-yə açıqlama vermişəm. Bəlkə o videonu yayıblar. Əgər o videodursa, özləri və Allahları bilsin. a24.az adlı sayt tanımıram. Bəlkə zarafatlaşan zaman çəkilən videodur. Onlar o videonu ATV-dən götürüblər. Orada aradan çıxırdım, nə dedilər "bilmirəm" cavabı verdim".

Qeyd edək ki, Vəfa Zeynalovaya 10 sual verilib və heç birinə cavab verə bilməyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024