Mobil versiya
Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma: Ölən və yaralılar var
Tarix: 20-04-2017 | Saat: 17:08
Bölmə:Cəmiyyət | çapa göndər

Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma: Ölən və yaralılar var



Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

AİA.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.

Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.

Hadisə doğum günü münasibətilə "Vstreça" kafesində təşkil olunan məclisdə baş verib.

Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024