Mobil versiya
Qadın senatorlar Yunusla İsmayılovaya azadlıq tələb edir
Tarix: 12-10-2015 | Saat: 13:15
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Qadın senatorlar Yunusla İsmayılovaya azadlıq tələb edir

ABŞ-ın 20 qadın senatoru dünyada qadın siyasi məhbusların, o cümlədən Azərbaycanda Leyla Yunusun və Xədicə İsmayılovanın azadlığa buraxılmasına nail olunmasına çağıran qətnaməni Senatın Xarici İşlər Komitəsinə təqdim edib

Qətnamənin təşəbbüsçüsü senator Kelli Ayotdur. Sənəddə ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin əsassız yerə həbs edilmiş və mühakimə olunmuş 20 qadın siyasi məhbusun azad edilməsi ilə bağlı çağırış və səyləri tam dəstəkənir.

“Bizim müraciətimiz sadədir - dünya liderləri və xarici hökumətlər qadınları dəstəkləməlidir, onları həbsxanalara atmamalıdır” - qətnamədə deyilir.

Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin avqustunda həbs olunublar. 2015-ci ilin avqustunda 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs olunub və 2015-ci il sentyabrın 1-də 7,5 il müddətinə azadlıqdan məhrum edilib ("Turan").



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024