Mobil versiya
"Təkcə bizdə yox, Məkkədə də məscidi sökürlər" - Deputat
Tarix: 19-04-2017, 12:15 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet | çapa göndər

"Təkcə bizdə yox, Məkkədə də məscidi sökürlər" - Deputat



"Azərbaycanda müvafiq komitələr, qurumlar öz işlərini bilməli və yerinə yetirməlidir. Əks halda onlar cəzalandırılmalıdır”.

AİA.az xəbər verir ki, bu fikirləri AzVision.az-a millət vəkili Aqil Abbas deyib. Deputat bildirib ki, vəzifəsinin öhdəsində gələ bilməyən məmurlar cəzalandırılmaldır:
"Bu yaxınlarda Yasamalda məscid məsələsi qalmaqala səbəb oldu. Həmin məscidin tarixi abidə olub-olmadığını deyə bilmərəm. Ola bilsin ki, bu məscid tarixi abidə deyil və sökülə bilər. Hətta, Məkkədə belə məscid sökülür və yenidən tikilir. Bundan əlavə Yasamalda Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisinin dayandırılması məsələsi gündəmə gəldi. Ola bilər ki, aidiyyatı qurumlar bu məsələyə baxıblar və məlum olub ki, bunu etmək olar. Yəni, öz qanunları, nizamnamələri, tələblərinə uyğun şəkildə qərar veriblər. Qurum qərar verir ki, "Sovetski” sökülməlidir. Əlbəttə, sökülməlidir. Mən orada kirayədə qalmışam. Bir həyətdə yaşayan 30 ailənin bir tualeti var idi. Ona görə də abadlaşma işləri aparılamlıdır. Hətta, məndən olsa, bütün Alatava və digər şəhərdə xoşagəlməz tikililər sökülsün və yerində gözəl binalar tikilsin. Lakin, qurumların verdiyi qərarların sonradan səhv oluduğu anlaşılarsa, yəni həmin qurumlar ya söküntüyə, ya tikintiyə qərar verəndə səhv ediblərsə, onlar mütləq cəzalanmalıdır”.

A.Abbasın sözlərinə görə, aidiyyatı qurumlar işini yerinə yetirməyəndə, prezident işə qarışmalı olur. Ona görə də hər hansı bir qurum vəzifəsinin öhdəsindən gəlmirsə və nəsə problem yarandıqdan sonra prezident müdaxilə edirsə, o zaman həmin təşkilatı da, onun rəhbərini də cəzalandırmaq lazımdır: "Əgər hər işi prezident həll edəcəksə, bu nazirlər, komitələr, cəmiyyətlər nəyə lazımdır?”.

AİA.az



5432 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031