Mobil versiya
Böhtan və təhqirə görə cərimələr artırılır
Tarix: 19-04-2017 | Saat: 11:48
Bölmə:Gündəm / Karusel | çapa göndər

Böhtan və təhqirə görə cərimələr artırılır


Azərbaycanda şəxsi həyata müdaxilə ilə bağlı cəza sərtləşdirilir.

AzVision.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, 100 manatdan 500 manata qədər cərimə 1000 manatdan 2000 manata qədər cərimə ilə əvəzlənir.

Həmçinin Azərbaycanda böhtana və təhqirə görə cərimə artırılır. Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilir.

Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında 100 manatdan 500 manata qədər cərimələr 1000 manatdan 1500 manata qədər cərimələri ilə əvəzləndirilir.

148-ci maddənin sanksiyasında isə 300 manatdan 1000 manata qədər cərimələrin isə 1000 manatdan 1500 manata qədər cərimələr ilə əvəzlənməsi təklif olunur.

Hər iki layihə Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024