Mobil versiya
Erməni vəkil Peterburq terrorçunu müdafiə edir
Tarix: 18-04-2017 | Saat: 18:15
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Erməni vəkil Peterburq terrorçunu müdafiə edir



Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından biri hesab olunan Əbror Əzimov günahını etiraf edib.

AzVision.az“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu aprelin 18-də Moskvanın Basmann rayon məhkəməsində onun erməni əsilli vəkili Armen Zadoyan bildirib.

Məlumatda vurğulanır ki, vəkil detalları dəqiqləşdirməkdən imtina edib.

Qeyd edək ki, aprelin 17-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada 1990-cı ildə Orta Asiyada anadan olan Əbror Axraloviç Əzimovu tutub. Əzimov aprelin 3-də Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından biri hesab olunur.

Xatırladaq ki, aprelin 3-də Sankt - Peterburq metrosunda törədilən terror aktı zamanı 14 nəfər həyatını itirmiş, 40-dan çox adam yaralanmışdı. Ölənlərdən biri azərbaycanlıdır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024