Mobil versiya
Bu gün Çempionlar Liqasında iki yarımfinalçı bəlli olacaq
Tarix: 18-04-2017 | Saat: 14:21
Bölmə:İdman | çapa göndər

Bu gün Çempionlar Liqasında iki yarımfinalçı bəlli olacaq



Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

AİA.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

“Real” öz meydanında “Bavariya” ilə qarşılaşacaq. İlk matçda səfərdə qələbə qazanan “Kral klubu” yarımfinala yaxındır. Hətta 0:1 hesablı məğlubiyyət belə, “Real”ı növbəti mərhələyə daşıyacaq.

Madridin digər təmsilçisi isə “Atletiko” isə səfərdə “Lester”lə üz-üzə gələcək. İngiltərə çempionu səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.


Çempionlar Liqası

1/4 final, cavab oyunları

18 aprel

22:45. “Real” (İspaniya) - “Bavariya” (Almaniya)
İlk oyun - 2:1

22:45. “Lester” (İngiltərə) - “Atletiko” (İspaniya)
İlk oyun - 0:1

19 aprel

22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya)
İlk oyun - 0:3

22:45. “Monako” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)
İlk oyun - 3:2



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024