Mobil versiya
Vağzalda yatmağın qiyməti 5 manat oldu - FOTO
Tarix: 17-04-2017 | Saat: 17:44
Bölmə:Media | çapa göndər

Vağzalda yatmağın qiyməti 5 manat oldu - FOTO



Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulan “Sleepbox”un bir saatlıq qiyməti 10 manatdan 5 manata endirilib.

Bunu AzVision.az-a Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.

QSC rəsmisi bildirib ki, “Sleepbox” istifadəyə veriləndən bu günə qədər 15-ə yaxın sərnişin bu xidmətdən istifadə edib. Şöbə rəisinin sözlərinə görə, ehtiyac olacağı halda “Sleepbox”un sayı artırılacaq.

Qeyd edək ki, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub. Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. “Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024