Mobil versiya
İlham Əliyev Gürcüstana gedir
Tarix: 11-10-2015, 12:10 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

İlham Əliyev Gürcüstana gedir
İrakli Qaribaşvilinin Azərbaycana səfəri başa çatıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başa çatıb.

Oxu.Az-ın “Qruziya-Online”na istinadən məlumatına görə, baş nazir Qaribaşvili və prezident İlham Əliyev ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Gürcüstan baş nazirinin Bakıya işgüzar səfəri çərçivəsində baş tutan bu görüş Azərbaycan prezidentinin “Zuğulba” iqamətgahında keçirilib və 3 saat davam edib. Görüşün əvvəlində Azərbaycan prezidenti Gürcüstan baş nazirinin səfərinin əhəmiyyətini qeyd edib. Gürcüstan baş naziri isə iki ölkə arasında xeyirxah qonşuluq münasibətləri haqda danışıb.

İki ölkə liderləri siyasi-iqtisadi mövzuları və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. İnfrastruktur, energetika və nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyəti, münasibətlərin dərinləşməsi perspektivləri müzakirə edilib. Daha sonra görüş dostluq naharında davam edib. Qərara alınıb ki, prezident İlham Əliyev yaxın vaxtlarda Gürcüstana səfər edəcək.

Qeyd edək ki, Gürcüstan baş nazirinin Bakıya səfəri qəfil xarakter daşıyıb və qonşu ölkə rəsmilərinin Azərbaycan qazından asılılığı azaltmaq planlarını açıqlamasından sonraya təsadüf edib. Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, “Qazprom”la Gürcüstanın qaz təchizatına dair danışıqlar aparılır, habelə İrandan qaz alınmasına dair intensiv müzakirələr gedir.[right][/right]



5396 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-04-2019
18-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}