Mobil versiya
Şok: at-eşşək əti biznesini himayə edən məmurlar araşdırılır
Tarix: 15-04-2017 | Saat: 14:24
Bölmə:Manşet | çapa göndər

Şok: at-eşşək əti biznesini himayə edən məmurlar araşdırılır







Azərbaycanda at-eşşək əti biznesini himayə edən məmurlar təftiş olunur

Bu barədə Ulus.Az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başlanıb.

Bu bazarda kimlərin inhisarçılıq etdiyi və hansı məmurların əlində cəmləşdiyi araşdırılır. Bu biznesin arxasından iri fiqurların, məmurların çıxacağı şübhə doğurmur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) davamlı olaraq müxtəlif ərazilərdə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə baytarlıq nəzarətinin davam etdirir.

Ancaq iddialara görə, nazirliyin özündə olan məmurların da bu biznesdə əli var. Əsasən də bu məhsulların kolbasada istifadə olunduğu bildirilir.

Həmçinin, dönərxanalarda da at-eşşək əti istifadə edildiyi deyilir. Hüquq-mühafizə orqanları bu məsələləri ciddi şəkildə araşdırmağa başlayıb.

Bu biznesə girişən məmurların kimliyini ortaya çıxarmaq məqsədi var. Onu da deyək ki, gizli şəkildə əti gətirib gizli qiymə halına salındıqdan sonra onun mənşəyini təyin etmək bir qədər müşkül məsələdir. Bu iş baytarlıq idarəsinin birbaşa səlahiyyətinə daxil olan məsələdir.

Mənşəyi məlum olmayan ətdən kolbasa istehsalında istifadə olunsa belə, bunu qurum tərəfindən aparılan müayinələrdə müəyyən etmək olmur.

Bunun üçün hüceyrələrin sitioloji müayinəsi lazımdır. Yalnız bundan sonra atin hansı növ heyvana aid olduğu bilinir. Bir də skletdən müəyyənləşdirmək olar. O da o zaman mümkündür ki, heç olmasa yarım çəmdək olmalıdır.

Məhsul kimyəvi cəhətdən tam təhlükəsizlik qaydalarına uyğun olmalıdır. Nəzərdə tutulmayan heyvanların ətindən istifadə edənlər həm inzibati, həm də cinayət məsuliyyəti daşımış olurlar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024