Mobil versiya
Ata qızı ilə yatan 15 yaşlı oğlanın cinsiyyət orqanını kəsdi, gözlərini çıxartdı - FOTO
Tarix: 15-04-2017 | Saat: 14:05
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Ata qızı ilə yatan 15 yaşlı oğlanın cinsiyyət orqanını kəsdi, gözlərini çıxartdı - FOTO



Pakistanda dəhşətli hadisə baş verib.

Milli.Az "Mirror"a istinadla bildirir ki, qəzəbli ata 15 yaşlı oğlanın cinsiyyət orqanını kəsib və gözlərini çıxarıb. Kişi bu əməli qurbanın onun qızı ilə yatdığına görə törədib.

Yeniyetmə dərhal Lahordakı "Jinnah" xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən oğlanın həyatını xilas etmək mümkün olub. Lakin o, ömürlük kor qalacaq və cinsi əlaqədə ola bilməyəcək.

Cinayətdən sonra adı açıqlanmayan oğlanın ailəsi polisə müraciət edərək həmin kişinin və onun dostlarının məsuliyyətə cəlb olunmasını tələb edib.

Qurbanın anasının dediyinə görə, qızın atası və 3 dostu onun oğlunu qaçırıblar sonra da işgəncə veriblər.

Onlar çayın kənarına apardıqları oğlanın cinsiyyət orqanını kəsib, gözlərini çıxardıqdan sonra onu orada tərk edib, qaçıblar.

Yeniyetməni yaxınlıqdan keçən şəxs görüb və onu xəstəxanaya çatdırıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

AİA.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024