Mobil versiya
Kəbirə Məmmədovanın ailəsindən QƏZA açıqlaması
Tarix: 14-04-2017 | Saat: 14:18
Bölmə:Cəmiyyət | çapa göndər

Kəbirə Məmmədovanın ailəsindən QƏZA açıqlaması



Bu gün Zığ yolunda baş verən dəhşətli qəza ilə bağlı "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın ailə üzvü açıqlama verib.

AİA.Az xəbər verir ki, sonxeber.az-a açıqlama verən K.Məmmədovanın qardaşı oğlu Valeh Məmmədov deyib ki, "VAZ-2104"-ün sürücüsü Gülağa Quliyev onun qonşusudur.

"Şəkilləri yayılan "Mercedes" markalı maşın və nömrə də mənim əvvəlki avtomobilim olub. Maşını satandan sonra nömrənin Gülağanın adına sənədləşdirdim. Avtomobil onun özünündür. K.Məmmədovanın bu məslə ilə bağlı əlaqəsi yoxdur. Adıçəkilən klinika bizimdir. Bu məsələnin bizimlə nə əlaqəsi var? Avtomobil qanuni sənəddə Gülağaya aiddir. Nömrə də sənədləşdirmədə onun adındadır. Lakin maşın şirkətin balansındadır. Klinika hazırda təmirdədir".

V.Məmmədov əlavə edib ki, G.Quliyev onun qapı-bir qonşusudur, 1973 təvəllüdlüdür. Ata -anası vəfat edib. İki qızı var: "Ailəsi hadisədən məlumatlıdır. Hazırda cəsədi morqdan götürüblər. Şüvəlana gətirirlər. Bir saat sonra dəfn olunacaq. O, bizim yaxın qonşumuzdur. Allahın köməyi ilə nə lazımdır edəcəyik".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024