Mobil versiya
“Saçlarını kəsdirəndə bir torbaya yığırdı ki, yanında basdırılsın...”
Tarix: 10-10-2015 | Saat: 13:56
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Bu gün səhər saatlarıdna vəfat edən xalq artisti Nuriyyə Əhmədova ilə vida mərasiminin harada keçiriləcəyi hələ ki, məlum deyil. Meyiti bacısının Mərdəkandakı evinə gətirilib

"Qafqazinfo"nun əməkdaşları hazırda Mərdəkandadır. Aktrisa Nahidə Orucovanın sözlərinə görə, xalq artisti Şüvəlan kənd qəbiristanlığında oğlunun və qızının yanında dəfn olunacaq.

Qeyd edək ki, aktrisa Nahidə Orucovadan başqa heç bir mədəniyyət xadimi yasda iştirak etmir.

***

Qohumlarının sözlərinə görə, Mərdəkan Mədəniyyət Evinə vida mərasimi üçün müraciət etsələr də, müsbət cavab almayıblar. Mədəniyyət Evindən bildirilib ki, onlara bu barədə heç nə deyilməyib.

Yaxınları həmçinin qeyd edib ki, Nuriyyə Əhmədova saçlarını kəsdirəndə, darayanda bir torbaya yığırmış ki, öləndə balış düzəldib yanında basdırsınlar.

***
Nuriyyə Əhmədovanın son istəyi isə oğlu Faiqlə bağlı olub. O, hamıya Faiqi tapşırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024