Mobil versiya
10 gün əvvəl ata olan müğənniyə həkimlər 72 saat vaxt qoydu
Tarix: 12-04-2017 | Saat: 21:59
Bölmə:Dünya / Karusel | çapa göndər

10 gün əvvəl ata olan müğənniyə həkimlər 72 saat vaxt qoydu






Türkiyənin tanınmış müğənnisi İbrahim Erkalın yaşadığı binanın avtodayanacağında huşsuz halda tapıldığı haqda məlumat vermişdik.

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, beyninə qan sızan müğənni dərhal əməliyyat olunub. Komada olan müğənninin sağ qulağının arxasında dəlik əmələ gəlib. 2 saat yarımlıq əməliyyatdan az öncə əməliyyatdan çıxan Erkal üçün kritik saatlar başlayıb ...



Erkalın acı xəbərini eşidən yaxınları xəstəxanaya axın edirlər.

Həkimlər beyninə qan sızan müğənni üçün ilk 72 saatın çox əhəmiyyətli olduğunu deyiblər.



Məşhur müğənninin Facebook hesabından edilən açıqlamada: "Sevimli dostlarımız, sənətçimiz İbrahim Erkal səhhətindəki problemlə bağlı özəl bir xəstəxanada müalicə altındadır. Dualarınızı əskik etməyin, xahiş!" qeyd edilib.



% 1 şansımız var

"Renkli Sayfalar" verilişinə telefon zəngi ilə qoşulan müğənni Yağız da yaxın dostu İbrahim Erkalın son vəziyyəti ilə əlaqədar açıqlama edib. Sənətçi həmkarının vəziyyəti ilə əlaqədar bunları söyləyib: "Beyindəki damarların çox böyük qismi sıradan çıxıb. Həkimlər 1% şansımız var deyir. Həyat yoldaşı, ailəsi, uşaqları hər şeyə hazırlıqlı bir şəkildə gözləyirik. Əməliyyata girmədən öncə bütün ailə üzvlərindən imza alınıb. Həkimlər "əməliyyata götürməsək də olar" deyib, ailəsi yenə də bütün şanslarını sınamaq istədi".



İbrahim Erkal 10 gün əvvəl 3-cü dəfə ata olmuşdu ...

İbrahim Erkalın 10 gün əvvəl üçüncü övladının dünyaya gəldiyi və adını da "Elifsu" qoyduğu öyrənilib.

Təhməz Təkin



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024