Mobil versiya
YENİ İXTİRA: Bütün ölülər diriləcək - Heç kim ölməyəcək
Tarix: 11-04-2017 | Saat: 22:02
Bölmə:Karusel | çapa göndər

YENİ İXTİRA: Bütün ölülər diriləcək - Heç kim ölməyəcək









Alimlər ölüləri diriltmək üçün 2011-ci ildə Sibirdə tapılan it cəsədi üzərində tədqiqatlara başlayıb.

Metbuat.az xəbər verir ki, çox yaxşı vəziyyətdə qalan cəsəddən götürülmüş DNT analizi heyvanın genlərini araşdırmağa imkan verib. Tədqiqatçılar bu yolla 12.500 il əvvəl yaşayan heyvanı yenidən həyata qaytarmağı düşünür. Tədqiqat uğurlu nəticə verərsə, insanlar ölümsüz olacaq.

Həkim Paul Seqalın ölmüş itini donduraraq yenidən həyata qaytarması bir növ insanlarda məsələyə inam yaradıb.

Hazırda ABŞ-da ölümündən dərhal sonra dondurularaq, xüsusi aparatlarda saxlanılan insan cəsədlərinin tədqiqatı ilə məşğul olan şirkətlər var.

Ən ucuz xidmət 28 min, ən bahası isə 80 min dollara başa gəlir. Əgər ölümündən sonra üzərində tədqiqat aparılmağa icazə verən insan ABŞ-dan kənarda yaşayarsa, ona xüsusi qolbaq və boyunbağı verilir. Üzərində “dəfn etmə!” sözləri yazılmış qolbaq və boyunbağı vasitəsilə şirkət öz müştərilərini asanlıqla tapa bilir.

Türkiyədə də artıq bir neçə nəfər şirkətə əməkdaşlıqla bağlı razılıq verib.

Qeyd edək ki, tarixdə ilk dondurulan insan isə psixologiya üzrə professor Ceyms Bedforddur. O, 1967-ci ilin 12 yanvarında ölümündən dərhal sonra dondurularaq hazırda laboratoriyada saxlanılır.

Soyutma sistemində yaranan problemlə bağlı orada saxlanılan digər 9 cəsəd çürüsə də, Bedfordun cəsədində heç bir dəyişiklik olmayıb.

Aytən Novruzova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024