Mobil versiya
NATO rəsmisindən Qarabağ AÇIQLAMASI
Tarix: 10-04-2017 | Saat: 17:08
Bölmə:Siyasət | çapa göndər

NATO rəsmisindən Qarabağ AÇIQLAMASI



"NATO Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bunu müxtəlif səviyyəli bəyanatlardan da aydın görmək olur. Yaxın vaxtlarda Gürcüstanda NATO Parlamentlər Assambleyasının toplantısı keçiriləcək. Bütün bunlar NATO ilə Gürcüstan arasında sağlam təməllərə dayanan əlaqələrin inkişaf etdiyini göstərir. Azərbaycan isə NATO-nun ortağıdır".

AİA.Az xəbər verir ki, bunu APA-nın Gürcüstan müxbirinə açıqlamasında NATO baş katibinin müavini Tacan İldem deyib.

O bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələri yönləndirən bir çərçivə var: "Əlaqələr bu çərçivə əsasında inkişaf etməkdədir".

Dağlıq Qarabağ münaqişəsinə toxunan T. İldem münaqişəsinin həlli ilə Minsk qrupunun məşğul olduğunu bildirib: "NATO Dağlıq Qarabağ prosesinin həlli məsələsinə qarışa bilməz. Münaqişənin həlli prosesi Minsk qrupuna aiddir, münaqişəsinin tənzimlənməsinə bu qrup cavabdehdir".

NATO baş katibinin müavini "Ermənistanla Azərbaycan arasında müharibə başlayarsa, NATO-nun rolu necə olacaq" sualını da cavablandırıb: "Biz NATO olaraq gücdən istifadəyə qarşıyıq. Bu səbəbdən müharibə olacağı ehtimalını düşünmək belə istəmirik. Bu problemlərin, ixtilafların sülh yolu ilə həllini beynəlxalq təşkilatlar da dəstəkləyir. NATO-nun mövqeyi də eynidir".

Diplomat gələn ay Bakıya səfəri zamanı mövzu ilə bağlı daha geniş açıqlamalar verəcəyini bildirib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024