Mobil versiya
Milli Məclisdə 36 məsələ müzakirə olunacaq
Tarix: 10-04-2017 | Saat: 11:41
Bölmə:Siyasət | çapa göndər

Milli Məclisdə 36 məsələ müzakirə olunacaq



Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası aprelin 14-də keçiriləcək.

Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O, bildirib ki, iclasın gündəliyinə 36 məsələ daxildir.

Hesablama Palatasının 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatı, İctimai Televiziya və Radio Yayımları Şurasının üzvləri barədə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, "Məktəbə qədər təhsil haqqında” qanun layihələri, "Yanğın təhlükəsizliyi haqqında”, "Turizm haqqında”, "Texniki təhlükəsizlik haqqında”, "Yeyinti məhsulları haqqında”, "Toxumçuluq haqqında”, "Dövlət rüsumu haqqında”, "Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, "Çayçılıq haqqında”, "Üzümçülük və şərabçılıq haqqında”, "Telekommunikasiya haqqında”, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, "Standartlaşdırma haqqında” və digər bir sıra qanunlara və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər nəzərdə tutulub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024