Mobil versiya
Səudiyyəlilər "əyləncə şəhəri" tikir
Tarix: 10-04-2017 | Saat: 10:48
Bölmə:Media / Karusel | çapa göndər

Səudiyyəlilər "əyləncə şəhəri" tikir

Səudiyyə Ərəbistanı bəyan edib ki, Riyadın kənarında yeni əyləncə şəhərciyi tikiləcək. 334 kvadrat kilometrlik - yəni, təxminən Las Vegas boyda olacaq atraksionda mədəniyyət, idman və əyləncə tədbirlərinin keçiriləcəyi, Six Flags istirahət parkı və safari parkının da olacağı deyilir.

Bəyanata əsasən bu, dünyada ilk belə şəhərcikdir.

Məlumata görə, tikinti işləri gələn ilin əvvəlində başlayacaq və birinci mərhələ 2022-də bitəcək.
Bir il bundan əvvəl Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd Bin Salman "Vision 2030" planlarını açıqlayamışdı. Məqsəd, ölkənin neftdən asılılığını azaldaraq iqtisadiyyatın şaxələndirilməsini nəzərdə tutan layihələr həyata keçirmək idi.
Ölçüsü Riyadın beşdə bir hissəsinə bərabər olan yeni əyləncə şəhəri bu layihələrdən biridir.

Hakimiyyət deyir ki, bu layihə təkcə turizm üçün yox, paytaxtda yaşayanlara da "əyləncə və sevinc" gətirmək üçün nəzərdə tutulub.
Lakin qadın və kişiləri bu dərəcədə ayıran bir ölkədə Six Flags istirahət parkının necə salınacağı sual doğurur. İndiyə qədər Səudiyyə Ərəbistanında salınan istirahət parkları daha çox uşaqlar üçün olub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024