Mobil versiya
Fransalı jurnalistdən Azərbaycana hörmət əlamətli nümunəvi addım
Tarix: 07-04-2017 | Saat: 11:00
Bölmə:Media | çapa göndər

Fransalı jurnalistdən Azərbaycana hörmət əlamətli nümunəvi addım



Fransadan olan sərbəst reportyor Roman Myelkarek (Romain Mielcarek) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək jurnalist fəaliyyətini həyata keçirmək məqsədilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər üçün akkreditasiya olunmasını və icazə verilməsini xahiş edib. Roman Myelkarek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini bildirib. O, gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyinə dair zəmanət verib və xarici KİV nümayəndələrinin akkreditasiyası üçün nəzərdə tutulmuş müvafiq anket formasini təqdim edib.

Bu barədə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.



Onun sözlərinə görə, Roman Myelkarekin bu müraciətini, Azərbaycanın qanunlarına riayət və hörmət etməsini nəzərə alaraq, onun adı arzuolunmaz şəxslər siyahısına salınmayıb.



Qeyd edək ki, Roman Myelkarek 3-7 mart 2017-ci il tarixində Azərbaycanda olub, cəbhə bölgəsinə gedib, qaçqın və məcburi köçkünlərlə görüşüb, münaqişə ilə əlaqədar Azərbaycanın mövqeyi barədə məlumat alıb. 19-20 mart tarixlərində isə o, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər edib.

Bu hal Azərbaycan tərəfinin ölkəmizin qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan, jurnalist etikasına və obyektivliyinə zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin birtərəfli təbliğatı ilə məşğul olmayan beynəlxalq media nümayəndələri, bloqer və ya sərbəst reportyorlarla konstruktiv əməkdaşlığının növbəti nümunəsidir.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024