Mobil versiya
Bakı sakinləri pəhriz saxlayırmı?
Tarix: 06-04-2017 | Saat: 17:16
Bölmə:Səhiyyə / Aia TV | çapa göndər

Bakı sakinləri pəhriz saxlayırmı?



“ACT Azərbaycan” 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində paytaxt əhalisinin pəhriz saxlaması ilə bağlı sorğu keçirib.

Rəyi soruşulmuş sakinlərin dörddə biri (28 %) son 2 ildə bir neçə dəfə pəhriz saxladığını bildirib. Pəhriz saxlayanlar əsasən sağlamlıq (50 %) və gözəllik (44 %) xatirinə nəfsini boğmaq məcburiyyətində qalıb. 6 % respondent isə idman formasında qalmaq üçün pəhriz tutduğunu qeyd edib.

“Pəhriz tutarkən hansı qidalardan imtina edirsiniz ?” sualına əsasən yağlı (61 %), şirin (56 %) və un məmulatları (46 %) cavabları verilib.

Bəs paytaxt sakinləri özlərinə uyğun pəhrizi necə seçirlər?

Sorğu nəticəsində məlum olub ki, pəhriz saxlayanların yarıdan çoxu (59 %) hansı pəhrizi tutacağına özü qərar verir. 34 % üçün isə həkim məsləhəti bu məsələdə daha önəmlidir. Pəhriz saxlayanların hər on nəfərindən biri (11 %) dost-tanış məsləhəti və təcrübəsini əsas götürür.

Pəhriz heç də hər kəsə eyni cür təsir etməyib. Pəhriz tutanların tam yarısı tutduğu pəhrizin yaxşı təsirini çox gördüyü (59 %) halda, 45 % pəhrizin effektini az hallarda hiss etdiyini bildirib. 6 % respondent pəhrizin çəkisinə heç bir təsir göstərmədiyini bildirib.

Qeyd edək ki, sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024