Mobil versiya
Azərbaycanda əkiz uşaq dünyaya gətirən ana öldü - FOTO
Tarix: 06-04-2017 | Saat: 17:02
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Azərbaycanda əkiz uşaq dünyaya gətirən ana öldü - FOTO



Azərbaycanda həkim səhvi ucbatından daha bir ana ölümü baş verib.

AİA.Az baku.ws-ə istinadən xəbər verir ki, 18 yaşlı Həqiqət Mirzəyeva Naxçıvanda doğum evində əkiz uşaq dünyaya gətirib. Həkimlərin normadan artıq narkoz verməsi ilə gənc qız komaya düşüb.

Həqiqətin əmisi qızı Gülü Mirzəyevanın sözlərinə görə, 24 gün komadan qalan Həqiqət bu gün dünyasını dəyişib: "Baş həkim dedi ki, bütün məsuliyyəti öz üzərimə götürürəm. Ancaq əmim qızını xilas edə bilmədilər. Əslində 24 gün ölübmüş, biz onun dünyasını dəyişdiyini bu gün öyrəndik. Həqiqətin dünyaya gətirdiyi əkizlərin vəziyyəti isə yaxşı deyil. Körpələr zəif olduqları üçün onları həyatda saxlamaq üçün yaxşıca baxmaq lazımdır".

Qeyd edək ki, Həqiqət Mirzəyeva bu gün Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində dəfn olunub.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024