Mobil versiya
Meyxanaçı Kərimin yaddaşı itib, dostlarını tanımır
Tarix: 06-04-2017 | Saat: 15:48
Bölmə:Dünya / Karusel | çapa göndər

Meyxanaçı Kərimin yaddaşı itib, dostlarını tanımır



Ötən gün insult keçirən məşhur meyxanaçı Kərim Novruzovun vəziyyəti yaxşı deyil. Onun yaddaşı itib, yaxınlarını, dostlarını çətinliklə tanıya bilir.

Bunu AzVision.az-a K.Novruzovun sənət yoldaşı Ağamirzə Məmmədov deyib. Onun sözlərinə görə, Kərim bir neçə gün reanimasiyada qalacaq.

“Yanına çox adamı buraxmırlar. Gündə bir dəfə ailəsindən kimsə onunla görüşə bilir. Həkimlər deyib ki, hələ bir müddət reanimasiyada qalacaq. Vəziyyəti düzələrsə, palataya köçürəcəklər. Kərim çox adamı tanımır.

Bizim üçün də gözlənilməz oldu. Kərimin halı birdən–birə pisləşib. O, qəfildən insult keçirib. Səbəbini hələ bilmirik. Bəlkə, fikir edib, ya da əsəbləşib. İnsanın yaşı artdıqca belə təhlükələrlə üz-üzə qalır”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024