Mobil versiya
Bakıda marşrut avtobusu qəzaya uğradı - FOTO
Tarix: 06-04-2017 | Saat: 15:47
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda marşrut avtobusu qəzaya uğradı - FOTO



Nərimanov rayonu ərazisində iki yol qəzası baş verib.

AİA.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində "Çermet" körpüsünün girişində olub.

"Geely" markalı 90 RD 351 dövlət nömrə nişanlı avtomobili idarə edən Əli Ramazanov idarəetməni itirərək maşını aşırıb. O, bildirib ki, buna səbəb qarşısındakı avtomobilin qəfil əyləcə basması olub. Ə.Ramazanov də həmin avtomobilə dəyməmək, qəzadan yayınmaq üçün istiqamətini dəyişib. Bu zaman maşın aşıb. Sürücü xəsarət almayıb.

İkinci qəza isə eyni yerdə, lakin yolun əks istiqamətində baş verib. Aşan maşına baxan minik avtomobilləri sürəti azaldaraq yolun ortasında dayanıblar. Bu zaman körpüdən əsas yola çıxan 10 TG 291 nömrəli 20 saylı marşrut avtobusu qarşısındakı 5 avtomobili sürüyərək yolun kənarına çıxarıb. Bu zaman 51 BC 837 nömrəli "VAZ 2104" markalı, 90 UJ 478 nömrəli "Mercedes" markalı avtomobillərə ciddi ziyan dəyib. Digər maşınlar isə yüngül əzilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024