Mobil versiya
Hadi Rəcəbli: Toya gedəndə əziyyət çəkirik...
Tarix: 08-10-2015 | Saat: 19:49
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


“Ziyalı, düşüncəli insanlar rayonlarda, kəndlərdə sünnət toylarına maraq göstərirlər”.

Azərbaycanda keçirilən toylarda israfçılıq baş alıb gedir. Bunun qarşısını almaq lazımdır. Hesab edirəm ki, ilk növbədə insanlar özü israfçılıqdan çəkilməlidir. Bu baxımdan toylarda vəziyyət yenidən gündəmə gələcək.

Aia.az xəbər verir ki, bunu AzVision.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

Onun sözlərinə görə, toylar haqqında ciddi düşünmək lazımdır, ifrat dərəcəsindədir.

“Azərbaycan toyları haqqında yeni düşüncə tərzi yaranmalıdır. Bunun üçün bizdən zaman istənildi. Uzun müddət dedik ki, vaxt gələcək bütün bu israfçılıq aradan qalxacaq.Amma gördük ki, vaxt da bu problemi həll eləmədi. Mütləq inzibati tədbirlər görülməlidir”.

Komitə sədri daha sonra ölkəmizdə geniş vüsət alan sünnət toylarından söz açıb. Bildirib ki, belə mərasimlərin təmtəraqlı şəkildə keçirilməsi düzgün deyil.

“Bilirsiniz, ziyalı, düşüncəli insanlar belə mərasimlər keçirmirlər. Əsasən rayonlarda, kəndlərdə sünnət toylarına maraq göstərirlər. Bu baxımdan toylar haqqında yeni konsepsiya formalaşmalıdır. Adamlar toyda əziyyət çəkirlər. Onlar toylarda əylənmirlər, əksinə başağrısı və narazı şəkildə evlərinə qayıdırlar.

Bir məsələni qeyd edim ki, Tacikistanda belə bir qanun var ki, toyda neçə növ yemək verilməlidir, toy karvanında nə qədər maşın, neçə nəfər olmalıdır əvvəlcədən müəyyən edilir. Əslində bu gülünc və primitiv qanundur. Bu qanunu prezident İmaməli Rəhman qəbul edib. Amma bu kimi qanun bizim şüurumuza yaddır. Odur ki, biz başqa yollar tapmalıyıq”-deyə H.Rəcəbli bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024