Mobil versiya
İTV-nin Yayım Şurasına namizədlər açılqlandı
Tarix: 05-04-2017 | Saat: 15:08
Bölmə:Gündəm | çapa göndər

İTV-nin Yayım Şurasına namizədlər açılqlandı


Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında İctimai Televiza və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi müzakirə edilib.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfayel Hüseynov namizədləri təqdim edib.

O bildirib ki, İctimai Televiza və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli, AMEA Folklor İnstitunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi - Aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.

R.Hüseynov komitənin bu namizədləri dəstəklədyini söyləyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024