Mobil versiya
Olland İlham Əliyevə məktubunda Qarabağdan yazdı
Tarix: 5-04-2017, 15:01 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet | çapa göndər

Olland İlham Əliyevə məktubunda Qarabağdan yazdı



Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

AİA.az-ın məlumatına görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Fevralın 21-də Fransa və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü qeyd olundu. Sevinirəm ki, bu 25 il ərzində bizim ölkələrimiz dayanmadan inkişaf edən və şaxələnən möhkəm əlaqələr qurublar. 2014-cü ilin mayında və 2015-ci ilin aprelində Azərbaycana etdiyim səfərlərimdə də bunu təsdiq etmək imkanım oldu.

Bizim siyasi dialoqlarımızın sıxlığı, ticari və iqtisadi mübadilələrimizin zənginliyi, eləcə də Fransa-Azərbaycan Universitetinin timsalında mədəniyyət və universitet sahəsində həyata keçirilən nailiyyətlərimiz əlaqələrimizin bütün sahələrdə dinamikliyini və potensialını sübut edir.

Arzu edirəm ki, ölkələrimiz bundan sonra da bu yolla irəliləsin və həqiqi əməkdaşlıq qurmaq üçün əlaqələrini daha da gücləndirsinlər.

Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin bütünlükdə regionun xeyrinə olacaq danışıqlar yolu ilə və davamlı həlli üçün Fransa Minsk qrupunun həmsədrliyində fəal surətdə çalışacaq və öhdəliyini davam etdirəcək. Cənab Prezident, Sizə çox yüksək ehtiramımın olduğuna əmin olmağınızı xahiş edirəm".

AİA.az



5352 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-07-2019
17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031