Mobil versiya
Maliyyə İdarəsinin rəisi Gədəbəyi talayır - FOTOLAR
Tarix: 08-10-2015 | Saat: 13:51
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Maliyyə İdarəsinin rəisi Gədəbəyi talayır - FOTOLAR
Gədəbəy rayonunda zülm ərşə dirənib.

Aia.az -a verilən məlumata görə, Ramiz Yediyarovun rayona rəhbər təyin olunması sosial problemlərin tüğyan etməsinin əsasını qoyub.
Yerli sakinlərin kütləvi narazılığı baş qaldırır, vəzifə sahibi olanlarla sadə sakinlər arasında uçurum yaranır. Gədəbəy sakini Oqtay Əliyev də məmur özbaşınalığının qurbanıdır.
Onun sözlərinə görə, 38 kvadratmetrlik mağazası ərzaq və avadanlıqlarla birlikdə bu il fevralın 12-də yerlə-yeksan edilib. İcra başçısı olan R.Yediyarova dəfələrlə müraciətlər ünvanlasa da, qulaqardına vurulub.
Gədəbəy rayon İcra Hakimiyyətində arxitektor vəzifəsini daşıyan Elxan sahibkara söz verib ki, rayon Maliyyə İdarəsi müdirinə tapşırıq verilib. İdarə müdiri mağazanı satacaq və bu yolla dəymiş zərər tam ödəniləcək.
İdarə müdiri Namiq Məmmədov isə problemi həll etməyib. O.Əliyev daha yuxarı instansiyalara müraciət etməli olub. Şikayətçi ölkə rəhbəri İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətində özbaşınalığa son qoyulacağını ümid edir.
Amma Gədəbəydə təkcə sahibkarlara zülm edilmir. Rayonun Mərkəzi Xəstəxanası bazara çevrilib. Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla sıx bağlılığı olduğu bildirilən Gədəbəy rayon Mərkəzi Xəstəxanası rəhbərliyi yeyintidə mahirdir. Onun bu ustalığı məhz idarə rəhbərinin sayəsində baş tutub.
Gəncədə fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın rəhbəri Nazim həkimlə, Gədəbəy rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin qurduğu işbirliyi, hər iki tərəfə əməlli-başlıca gəlir əldə etməyə imkanlar açır.
Təqaüdə çıxmaq istəyən istənilən şəxs adını Gəncədəki xəstəxanaya yazdırır. Çox keçmir ki, həmin xəstəxanadan “xəstə” olması haqda arayışı lazımi ünvana çatdırır. Dövlətdən dərman preparatları, ərzaq və s. alınır. Belə olan halda hər iki tərəf xəstəlik kağızı ilə alver edir.
Gədəbəydə Namiq Məmmədovun təsir dairəsində saxladığı idarələrdən biri də, rayonun Yaşıllaşdırma İdarəsinin olduğu bildirilir. İdarənin fəaliyyəti fəaliyyətsizlikdən başqa bir şey deyil.
Amma idarənin ştat cədvəlində olan işçilərin əmək haqları, dövlətin verdiyi yanacaq, bir neçə nəqliyyat vasitələri, onlara verilən ehtiyat hissələri maliyyə şefinin diqqətindən kənarda qalmır. Namiq Məmmədovun tapşırığı əsasında rayonun mərkəzi xəstəxanası, təhsil və mədəniyyət şöbələr əldə etdikləri qazancdan pay verirlər.
Maliyyə İdarəsinin rəisi Gədəbəyi talayır - FOTOLAR







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024