Mobil versiya
Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA
Tarix: 04-04-2017 | Saat: 16:40
Bölmə:Media / Karusel | çapa göndər

Azərbaycanda və dünyada ana olma yaşı - STATİSTİKA



Dünya ölkələrində gec yaşda ana olan qaıdnların sayı artmaqdadır.

Avropa Statistika Xidmətinin son məlumatlarına görə, Avropa ərazisində ana olmağın orta yaşı 29-a çatıb və bu rəqəm artmaqdadır.

Digər ölkələrdə də qadınların gec yaşda ana olması halları artmaq üzrədir. Modern.az saytı ana olmağn orta yaşı ilə bağlı statistikanı təqdim edir.

Avropada ən gənc analar Bolqarıstandadır. Bu ölkədə orta ana olma yaşı 25,7, Rumıniyada 25,8, Latviyada 26,1, Estoniyada 26,5, Polşa və Litvada isə 26,7-dir.

Ən gec ana olanlar siyahısına İtaliya (30,6 yaş), İspaniya (30,4 yaş), Lüksemburq (30,1 yaş) və Yunanıstan (29,9 yaş) yer alıb.

Rusiyada həmin göstərici 27,2, ABŞ-da 25,9, Yaponiyada 31,4 yaş təşkil edir.

Azərbaycanda orta ana olma yaşı 25,1-dir. Region ölkələrindən Gürcüstan (26,9 yaş) və Ermənistan (26,2 yaş) bu göstəriciyə görə Azərbaycandan fərqlənir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024