Mobil versiya
Əcnəbi tələbələr Cocuq Mərcanlıya səfər edəcək
Tarix: 04-04-2017 | Saat: 16:39
Bölmə:Gündəm | çapa göndər

Əcnəbi tələbələr Cocuq Mərcanlıya səfər edəcək



Aprelin 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediləcək.

Nazirlikdən verilən məlumata görə, səfərdə ölkəmizin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə və media nümayəndələri iştirak edəcək.
Səfərin əsas məqsədi Cocuq Mərcanlı kəndində ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək,torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də iştirakçıları ölkə Prezidentinin sərəncamı ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaqdır.
Səfər iştirakçıları Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə tanış olacaq və burada ağac əkəcəklər.
Səfər çərçivəsində ərazidə yerləşən hərbi komandanlığın rəhbər heyəti və ANAMA-nın nümayəndələri ilə görüş nəzərdə tutulub.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024