Mobil versiya
Deputat bəzi mehmanxanaları bağlamağı TƏKLİF ETDİ
Tarix: 04-04-2017 | Saat: 16:35
Bölmə:Siyasət | çapa göndər

Deputat bəzi mehmanxanaları bağlamağı TƏKLİF ETDİ


“Turizm reyestrinə daxil edilməyən turizm şirkətləri və mehmanxanaların fəaliyyəti dayandırmalıdır”.

Modern.az xəbər verir ki, bunu deputat Rauf Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Rauf Əliyev qanun layihəsinin təkmilləşdirilməsinə ciddi ehtiyacın olduğunu bildirib.

“Çünki qanunda hələ də müəyyən boşluqlar və sual doğuracaq məqamlar var”.

Deputat qeyd edib ki, turizm şirkətlərinə lisenziya verilişi ləğv edildikdən sonra ölkədə çoxsaylı turizm şirkəti və mehmanxana peyda olub.

“Bunlar da başaldılar özbaşına fəaliyyət göstərməyə… Nəticədə də bunun fəsadları ümumilikdə turizm sektoruna dəyir. Məhz bu özbaşına fəaliyyət nəticəsində bir müddət öncə Kamerundan olan 4-5 idmançı dünyasını dəyişdi və bunun məsuliyyətini heç kim üzərinə götürmədi. Onlar evdə ölsələr də, mehmanxanada ölmələri faktlaşdırıldı. Ona görə də təklif edirəm ki, bütün turzim şirkətləri və mehmanxanalar turizm reyestrinə daxil edilsin. Reyestrə daxil edilməyənlərin fəaliyyəti dayandırılsın”.

Deputat qanun layihəsinə məktəblilər, gənclər və uşaq turizmi ilə bağlı müddəanın salınması, həmçinin, turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sektorda xidmət səviyyəsinin artırılması, qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərini verib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024