Mobil versiya
Mənzil bazarında kəskin bahalaşma gözlənilmir
Tarix: 04-04-2017 | Saat: 11:56
Bölmə:Gündəm / Manşet | çapa göndər

Mənzil bazarında kəskin bahalaşma gözlənilmir



"Bəzi internet portallarında son 3 ildə mənzil bazarında davamlı olaraq qiymət artımlarının olmasının bəyan edilməsinə baxmayaraq, bu ilin ilk aylarında bahalaşmanın olduğunu söyləmək mümkün deyil”.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspertin sözlərinə görə, əksinə, son 3 ildə qiymətlərin xüsusən də dollar ifadəsində azalması müşahidə edilir: "Doğrudur, mənzil satışı ilə məşğul olan bir sıra şəbəkələşmiş şirkətlər və ya ofislər süni şəkildə qiymət artımlarına çalışsalar da, tələbin azlığı fonunda bu uğurlu olmayıb. Mənzillərin qiyməti birbaşa manatın bazar dəyərinin formalaşmasından asılı olacaq. Bir tərəfdən, mənzil almaq istəyən sayı az olmayan vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya çevirərək daha uyğun məzənnə ilə pulu milliləşdirib ev almağı düşünürdülər. Digər tərəfdən, manat stabillik əldə edərsə, bu sektorda yatırımların həcmini artıra bilər”.



V.Bayramov bildirib ki, manatın məzənnəsi stabilləşərsə, pulunu xarici valyutada saxlayan vətəndaşlarımızın əhəmiyyətli hissəsi vəsaiti daşınmaz əmlakda saxlamaq qərarı verə bilərlər ki, bu da bazardakı durğunluğun aradan qalxmasına səbəb ola bilər.

"Qeyd edim ki, bəzi mənzil sahibləri əvvəlki dövrlərdə evlərini daha tez satıb pulunu xarici valyutada saxlamağa üstünlük verirdilər ki, bunların da sayının azalacağı gözləniləndir. Əgər bu ilin birinci yarısında manat stabil qalarsa, ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır. Təbii ki, bu halda tələbin artması baş versə də, 2017-ci ildə mənzil bazarında kəskin qiymət artımları gözlənilmir. Çünki formalaşmış təkliflə tələb arasında uçurum çox böyükdür. Bunun optimallaşması zaman tələb edilir. Amma manatın stabilliyinə nail olmaq mümkün olmazsa, növbəti aylarda da mənzil bazarındakı durğunluq davam edəcək. Bununla belə, valyuta bazarı stabilləşərsə və bu kontekstdən tələb artarsa, 2018-ci ilin əvvəlində müəyyən qiymət artımları istisna edilmir”.(azvision)

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024