Mobil versiya
Gənc bloggerdən dini komitəyə açıq məktub: “Harun yahyaçılar təhlükəlidir”
Tarix: 03-04-2017 | Saat: 18:07
Bölmə:Media | çapa göndər

Gənc bloggerdən dini komitəyə açıq məktub: “Harun yahyaçılar təhlükəlidir”



Elmi mövzulardan yazan məşhur blogger, elm təbliğatçısı kimi sosial şəbəkədə göstərdiyi fəaliyyətlə kifayət qədər tanınan Taryel Abdullayev Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub ünvanlayıb.

O, məktubda vurğulayır ki, Harun Yahyanın Azərbaycandakı tərəfdarlarının gördüyü iş – yəni konkret olaraq, kreasionist fikirləri “elm” adı ilə cəmiyyətə təqdim etmək gələcəyimiz üçün təhlükəlidir. Kreasionizmin təhsil üçün nə qədər təhlükəli olması hətta Azərbaycanın üzv olduğu və aktiv fəaliyyət göstərdi AŞPA-nın qətnamələrində də əksini tapıb.

Məktubun mətnini təqdim edirik:

“Hörmətli cənab Mübariz Qurbanlı.

Nəzərinizə çatdırımaq istəyirəm ki, 1925-ci ildə dini zəminində qurulan Yaradılış Araşdırma İnstitutu Türkiyədə hazırda Adnan Oktarın (digər adı Harun Yahyadır) idarə etdiyi Elm Araşdırma Vəqfini yaradıb. Bu gün “Ağıllı dizayn” adı altında fəaliyyət göstərən həmin qurumun ölkəmizdəki uzantısı Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi və onun başında duran Ramiq Vəliyevdir.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi qurulduğu 2007-ci ildən bəri mənbəyi bilinməyən maliyyə dəstəyi ilə ölkəmizdə müxtəlif konfranslar, sərgilər və seminarlar təşkil edir. Bu tədbirlər elmin, mədəniyyətin və mənəviyyatın ön plana çəkilməsi ilə bağlı olmayıb, Türkiyədə Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında 10 ay müalicə görmüş, dəfələrlə Türkiyədə bir çox dövlət məmurlarına qarşı şantaj əməlləri etmiş Adnan Oktar adlı şəxsin kitablarının və ideyalarının təbliğ edilməsi məqsədi güdür.

Ölkəmizdə dinin ibadətgahlardan kənarda təbliğinə rəsmi qadağa qoyulmasına baxmayaraq, Adnan Oktarın “müridləri” kimi tanınan ilahiyyatçı Ramiq Vəliyev və onun tərəfdaşları - Tural Vəlizadə, Ramil Rüstəmov, Xəyalə Səfərova, Nərmin Kərimzadə, Sahib Süleymanov, Vəfa Kərimzadə, Aysel Vəlizadə, Sevinc Haqverdizadə, Ləman Piriyeva, Elvin Pirquliyev saytlar və müxtəlif sosial şəbəkələr vasitəsilə özünü dövrün “Mehdisi” adlandıran Adnan Oktarın dini görüşlərini təbliğ edirlər.

Həmçinin bu şəxslər ölkəmizin 25 yanvar 2001-ci ildən tam hüquqlu üzv olduğu Avropa Şurası Parlament Assambleyasının 1580 saylı qətnaməsinin bir neçə, xüsusən 9 və 15.1-ci bəndini pozaraq, kreasionist ideyaları təbliğ edərək bilgisiz insanlara təsir göstərir, onlarda şübhə və çaşqınlıq yaradır, kreasionizmi “elm” adı ilə ictimai şüura aşılayaraq, gəncləri gerçək elm və təhsildən yayındırırlar.

Həmin qətnamənin 17-ci bəndində göstəilir ki, əgər biz ehtiyatlı olmasaq, Avropa Şurasının təməlində dayanan dəyərlər kreasionist fundamentalistlər tərəfindən təhlükə altına düşəcək. AŞPA üzvlərinin vəzifələrindən biri də gec olmadan buna reaksiya verməkdir. Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi tərəfindən Adnan Oktarın kreasionizmi təbliğ edən kitablarını insanlara ödənişsiz paylanması, ölkəmizdə onun fikirlərinin kütləviləşməsi, ilk növbədə təhsil sistemimiz üçün təhlükə mənbəyidir. Bu təhlükəni yaradan şəxslər haqqında tədbir görməyinizi sizdən xahiş edirəm”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024