Mobil versiya
Autizm sindromu ilə bağlı məlumatsızlığı necə aradan qaldırmaq olar?
Tarix: 03-04-2017 | Saat: 15:39
Bölmə:Səhiyyə | çapa göndər

Autizm sindromu ilə bağlı məlumatsızlığı necə aradan qaldırmaq olar?



Bu gün Azərbaycan cəmiyyətində autizm sindromu ilə bağlı məlumatsızlıq hökm sürür.

Trend-in məlumatına görə, bunu 2 Aprel Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar autizm sindromu ilə bağlı keçirilən tədbirdə çıxış edən “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.

Onun sözlərinə görə, bu məlmatsızlığı aradan qaldırmaq üçün ailələr, cəmiyyətin müxtəlif təbəqələri birlikdə xəstəliklə bağlı maarifləndirmə işlərinin təşkilində daha fəal olmalıdırlar.

Y.Abdiyeva deyib ki, “Sağlamlığın Qorunması” İB-nin məqsədi dünyada böyük bir bəlaya çevrilən autizm sindromuna daha da diqqət edilməsinə dəstək göstərməkdir.

Təşkilat sədri qeyd edib ki, bu tarix 2007-ci ilin dekabrında Qətər dövlətinin təklifi əsasında BMT-nin qərarı ilə təsis olunub. Bütün dünya ölkələrində olduğu kimi artıq bir neçə ildir ki, bu gün Azərbaycanda da geniş miqyasda keçirilir: “Paytaxt Bakı 2012-ci ildə Beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır”aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub. “Mavi işıqla işıqlandır” “aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan binalarının birini mavi işıqla işıqlandırılır”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024