Mobil versiya
Şirvanda ağır qəza: Ana və oğlu həlak oldu
Tarix: 18-06-2015 | Saat: 13:29
Bölmə:Cəmiyyət / Manşet / Karusel | çapa göndər


Sürücü hadisə yerindən qaçıb.

Şirvan şəhərində avtomobil yolu keçən ana və 8 yaşlı uşağı vuraraq öldürüb.

Aia.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi iyunun 16-da saat 23.00 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 8-ci kilometrliyində, Şirvan şəhəri ərazisində baş verib.

Şirvan sakini Rəhimov Rafiq Qaraoğlan oğlunun sürətlə idarə etdiyi “Hyundai Santa Fe” markalı, 99 HL 466 dövlət nömrə nişanlı avtomobil toy mərasimindən çıxan və yolu keçmək istəyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü İsmayılova Gülşən Sabir qızı və onun oğlu - 2007-ci il təvəllüdlü İsmayılov Sahib İlqar oğlunu vurub. Uşaq Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda, ana isə xəstəxanada dünyasını dəyişib.

Sürücü hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində polis tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024