Mobil versiya
"Koroğlu" metrosunda avtobusların yeri dəyişdirilir
Tarix: 02-04-2017 | Saat: 20:18
Bölmə:Karusel | çapa göndər

"Koroğlu" metrosunda avtobusların yeri dəyişdirilir





"Koroğlu" metro stansiyası ətrafında yerləşən Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) yeri müvəqqəti olaraq dəyişdirilir.
Aİa.Az fins.az-a istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, yeni iş həftəsindən etibarən, NMM müvəqqəti olaraq metronun "Koroğlu" stansiyasının qarşı tərəfdəki (Heydər Əliyev prospektinin Hava limanı istiqamətinə gedən hissəsində) çıxışına yaxın ərazidə olacaq. Məqsəd, paytaxtımızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən "Koroğlu" metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etməkdir.
Dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin iştirakı ilə ərazidə müvafiq nişanlanma işlərinə, həmçinin bura daxil olacaq marşrut xətləri ilə bağlı məlumat lövhələrinin yerləşdirilməsinə başlanılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024