Mobil versiya
Bakıda DƏHŞƏTLİ QƏTL: bacı ilə qardaşın başını kəsdi, analarını isə... - YENİLƏNİB - TƏFƏRRÜAT
Tarix: 02-04-2017 | Saat: 12:43
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda DƏHŞƏTLİ QƏTL: bacı ilə qardaşın başını kəsdi, analarını isə... - YENİLƏNİB - TƏFƏRRÜAT







Bakıda dəhşətli qətl törədilib.
Aia.Az bildirir ki, Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Montin qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Lətifə Qasımovanın yaşadığı evə gələn naməlum şəxs ev sahibəsini L.Qasımovaya bıçaqla xəsarət yetirib, onun övladları - 2001-ci il təvəllüdlü Saqil Səxavət oğlu Qasımzadə və 1991-ci il təvəllüdlü Fərizə Səxavət qızı Qasımzadəni boğaz nahiyəsini kəsməklə qətlə yetirib. Həmin şəxs daha sonra evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Nərimanov Rayon Prokurorluğu və rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Azər Nəriman oğlu Cəfərov tutularaq istintaqa cəlb olunub. Ondan cinayətdə istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. A.Cəfərov tutularkən L.Qasımovanın evindən götürdüyü 207 ABŞ dolları da onun üzərində olub.

Qeyd edək ki, zərərçəkən L.Qasımova hadisəni törədən A.Cəfərovun həyat yoldaşının xalasıdır. İlkin məlumata görə o, həmin mənzilə qarət məqsədi ilə daxil olubmuş.
Bakıda bir ailənin iki üzvü qətlə yetirilib, daha biri isə ağır yaralanıb.

Aia.Az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəriman Nərimanov rayonunda qeydə alınıb.

Rayonun Montin qəsəbəsində dəmiryolu yaxınlığında yerləşən fərdi yaşayış evinə bir nəfər qətl törətmək məqsədilə (hələlik adı açıqlanmır) 1962-ci il təvəllüdlü Lətafət Qasımovanın boğaz və üz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. O, daha sonra L.Qasımovanın gənc oğul və qızının başını kəsərək meyitlərini öz avtomobilinin yük saxlanılan yerinə yerləşdirib.

Faktla bağlı cinayət işi başlanılıb. Qətl törədən şəxs Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətli törədən şəxs L.Qasımovanın qohumudur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024