Mobil versiya
Bakı-Tbilisi-Qars sentyabrın əvvəlində yekunlaşa bilər
Tarix: 1-04-2017, 14:55 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet | çapa göndər

Bakı-Tbilisi-Qars sentyabrın əvvəlində yekunlaşa bilər



“Bu il avqustun sonu və ya sentyabrın əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə işlər yekunlaşa bilər”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Sədr bildirib ki, qışın sərt keçməsi bu işlərə maneə yaradıb:
"Bu il qış çox sərt keçib. Qarsda 47-54 dərəcə şaxta olub. Ona görə də işlər bir qədər gecikib. Dəmiryolu xəttinin Qars hissəsində 80 km yol var, onun da 27 km-nin üst yatağı düzülüb. Düşünürəm ki, bu il avqustun sonu, sentyabrın əvvəlində Qars yolunu aşa bilərik. Azərbaycan və Gürcüstan tərəfində demək olar ki, işlər yekunlaşıb, böyük çətinliyimiz qalmayıb.

Təxminən 10-15% işlər qalıb. Türkiyə tərəfində isə tikinti işləri qalıb. Amma Türkiyənin tikinti aparmaq gücünə bələd olduğumuz və Türkiyə baş nazirinin, eləcə də digər müvafiq nazirlərinin verdiyi bəyanatlara əsasən demək olar işləri tez qurtarmağa çalışacaqlar".

AİA.az



5392 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-07-2019
17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031