Mobil versiya
Bakıda meyxanaçının narkotikdən öldüyü təsdiqləndi - YENİLƏNİB
Tarix: 01-04-2017 | Saat: 13:02
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər

Bakıda meyxanaçının narkotikdən öldüyü təsdiqləndi - YENİLƏNİB



12:20

Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Əlislam İslamov yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən dünyasını dəyişib.

AİA.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, mərhumun ölümü ilə bağlı müxtəlif şayiələr irəli sürülüb.

İddiaya görə, sənətçi toyda olan zaman vəfat edib.

"Qafqazinfo" mövzu ilə bağlı meyxanaçının qardaşı ilə əlaqə saxlayıb.

O, mərhumunun evdə "peredoz"dan öldüyünü təsdiqləyib:

"Məlumatları kim verib? Gedib öz işləri ilə məşğul olsunlar. Təcili yardım xidmətindən də şikayət edəcəyik. Əlislam keçinəndən 25 dəqiqə sonra gəldilər. Bunu da biləsiniz. Ölüm səbəbi "peredoz"dur. Dünyasını dəyişərkən də evdə olub".

-------

09:17

Bakıda meyxanaçı yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb.

AİA.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, A.Şərifzadə küçəsində yaşayan 1979-cu il təvəllüdlü İslamov Əlislam Nuru oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Əlislam İslamov meyxanaçıdır.

Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024