Mobil versiya
Əcnəbilər bu gündən Azərbaycana vizasız gələcək
Tarix: 01-04-2017 | Saat: 11:46
Bölmə:Gündəm / Manşet | çapa göndər

Əcnəbilər bu gündən Azərbaycana vizasız gələcək


Bu gündən "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən və akkreditasiyadan keçmiş şəxslər, habelə Oyunların iştirakçıları viza almadan Azərbaycana gələ biləcəklər.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin "IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 2017-ci il 2 mart tarixli Sərəncamında əksini tapıb.

Sərəncama əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycana gələ və ölkəmizdən gedə bilərlər.

IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024