Mobil versiya
Milli Şuranın mitinq biabırçılığı: Tofiq Yaqublunun imzası saxta çıxdı
Tarix: 31-03-2017 | Saat: 16:55
Bölmə:Siyasət | çapa göndər

Milli Şuranın mitinq biabırçılığı: Tofiq Yaqublunun imzası saxta çıxdı


Milli Şura aprelin 9-da saat 15:00-a təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bu barədə AzVision.az-a Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı məlumat verib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən müraciəti Milli Şuranın üzvü Oktay Gülalıyev, AXCP nümayəndəsi İlham Hüseyn və Müsavat başqanının müavini Tofiq Yaqublu imzalayıb. İmzalı müraciətdə mitinqin keçirilməsi üçün Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionu (keçmiş “Məhsul” stadionu) istənilib.

Müsavatın Milli Şuranın mitinqini boykot etdiyi halda Tofiq Yaqublunun müraciətə imza atması şübhə və sual doğurub.

AzVision.az bu məsələyə aydınlıq gətirmək üçün Tofiq Yaqublu ilə əlaqə saxlayıb. O, bundan xəbərsiz olduğunu, heç bir müraciətə imza atmadığını bildirib: “AXCP-də kargüzarlıq işlərinə Gözəl Bayramlı baxır. Mitinqin təşkilat komitəsində təmsil olunduğumdan xəbərsizəm. Bu barədə ilk dəfədir sizdən eşidirəm".

Tofiq Yaqublunun cavabı “qız evində toydur, oğlan evinin xəbəri yoxdur” məsəlini xatırladır.


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024