Mobil versiya
Ramin Musayev həbs edilib? - Yenilənib
Tarix: 06-10-2015 | Saat: 14:34
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Ramin Musayev həbs edilib? - Yenilənib

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev həbs edilib

Musayev həbs edilərək, Abşeron Rayon Polis İdarəsinə aparılıb.

Bu barədə məlumatı Komanda.az-a AFFA-dakı mənbə verib. PFL prezidenti bir neçə ay əvvəl həbs olunub. Musayevi polis idarəsində 7 saata yaxın saxlayıblar. Ona 296-cı maddəyə əsasən (bilə-bilə yalan xəbərçilik etmə) ittihamı irəli sürüblər.

Mənbə Musayevin həbsinin detalları ilə bağlı əlavə məlumat verəcəyini bildirib.

Komanda.az məsələylə bağlı PFL prezidentinin də mövqeyini öyrənib. Musayev Abşeron Rayon Polis İdarəsində olduğunu təsdiqləyib. Ancaq o, polis idarəsinə başqa bir şəxsin işiylə bağlı getdiyini bildirib: “Bəli, bir nəfərin işiylə bağlı polis bölməsində olmuşam. Öz işimlə bağlı deyildi. Polislər sağ olsun, heç bir problem yoxdu. Məsələ həll olunub”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024